Azərbaycan hökuməti ölkənin hərbi potensialının inkişafı üçün əlavə vəsait ayıracaq. Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ildə müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsinə əlavə olaraq 650 milyon dollar ayrılacaq. Beləliklə, Azərbaycanın hərbi büdcəsi 3,5 milyard dollardan çox olacaq.
Şərifov başqa təfərrüatları açıqlamayıb.