Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Görüşdə ikitərəfli münasibətlərin dinamikası, xüsusən də ticarət-iqtisadi sahədə əlaqələr müzakirə olunub, regional təhlükəsizlik mövzusuna toxunulub.