Aprelin 4-də Rumıniyanın baş naziri Nikolae Çuka Buxarestdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
Həmsöhbətlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd ediblər․
Ümumi dəyərlərə əsaslanan Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Ararat Mirzoyan və Nikolae Çuka regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
ER xarici işlər naziri Rumıniyanın baş nazirinə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti barədə məlumat verib. Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması və Dağlıq Qarabağda yaratdığı humanitar böhran, 9 noyabrın tarixli üçtərəfli bəyanatın digər müddəalarının kobud şəkildə pozulması, o cümlədən Ermənistan Respublikasının suveren ərazisinə qarşı təcavüzləri erməni tərəfinin regionda sülh və təhlükəsizliyin bərqərar olması səylərinə zərbə vurur.
Güc tətbiqinin və ya güc tətbiq etməklə hədələmənin yolverilməzliyi və bütün məsələlərin sülh yolu ilə həllinin zəruriliyi vurğulanıb.