Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib ki, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətini davam etdirməlidir.
“İllik "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşündə mən təklif edirəm ki, regional əməkdaşlıq üçün vasitə kimi genişlənmə prosesinə paralel olaraq "Şərq Tərəfdaşlığı" siyasətimizi davam etdirək. Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik", - deyə Borrell qeyd edib.