Dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və regional məsələlər müzakirə edilib.
Birgə enerji layihələrinin, ilk növbədə qaz sənayesində həyata keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin İstanbulda keçirilən son danışıqlarının nəticələrini nəzərə alaraq, Türkiyədə regional qaz qovşağının yaradılması təşəbbüsü ilə bağlı fikir mübadiləsi davam etdirilib.