Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost nəşrlərlə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə IRNA xəbər verir.
İran xarici işlər nazirinin köməkçisi səfirə Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost nəşrlərdən narazılığını bildirib.
“Biz bu prosesin ən qısa zamanda dayandırılacağını və onun təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik”, – deyə iranlı diplomat bildirib.
Azərbaycan səfiri Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirib və İran tərəfinin etirazını Bakıya çatdıracağını qeyd edib.