Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ hakimiyyətinin təklifini təqdim edib, odur ki, Dağlıq Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradılsın. Bu gün İctimai televiziyanın suallarını cavablandıran Paşinyan həmin mövzuya da toxunub.
“Bu təklifi mən etdim. Düşünürəm ki, bu, gələcəkdə müzakirə mövzusuna çevriləcək”, - deyə Paşinyan bildirib.
Ermənistan-Azərbaycan sərhəd zonası üçün də demilitarizasiya təklifi irəli sürülüb, 1991-ci ildə təsdiq edilmiş sərhəddən qoşunların çıxarılması, sərhədin hər iki tərəfində 3 kilometrlik hərbsizləşdirilmiş zona yaradılması təklif edilib. Həmin təklif qüvvədə qalmaqda davam edir və erməni tərəfi artıq yenilənmiş variantını Azərbaycana verib.
“2021-ci ildə olduğu kimi eyni təklifi vermişik. Bu dəfə biz təklifi daha geniş şəkildə verdik ki, əgər biz 1991-ci ildəki sərhəd xəttini qəbul etsək, indi Praqada və Soçidə qeydə alındığı kimi, qəbul etmişik, o zaman qarşılıqlı olaraq qoşunlarımızı həmin sərhəd xəttindən çıxarmalıyıq”, - deyə Ermənistanın baş naziri bildirib.