Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.
"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", deyə Lukaşenko vurğulayıb.