Erməni sülhməramlıları Almaniya Federativ Respublikasının Hohenfels şəhəri yaxınlığında yerləşən ABŞ Piyada Birliklərinin Təlim Mərkəzində beynəlxalq hərbi təlimlərdə iştirak edir.
Bu barədə Müdafiə Nazirliyi bildirdi.
ER Müdafiə Nazirliyinin sülhməramlı qüvvələri briqadasının komandiri, polkovnik Arsen Mangasaryan təlimlər mərkəzində olub və polkovnik-leytenant Tomas Frohnhoefer, polkovnik Kris Mabis ilə görüşüb.