ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Twitter səhifəsində erməni hərbi əsirlərin Ermənistana qayıtmasını alqışlayıb.
“Biz erməni məhbusların vətənə qayıtması xəbərini alqışlayırıq, bu da Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, bütün digər saxlanılan şəxslər tezliklə evlərinə qayıdacaqlar və Azərbaycan və Ermənistan etimadın yaradılması və mövcud fikir ayrılıqlarının həlli istiqamətində addımlar atmağa davam edəcəklər”,- Prays qeyd etdi.