“Gürcüstanla münasibətlərimiz çox yaxşıdır. Yaranmış dinamika bizə Gürcüstanla münasibətlərimizə çox nikbin baxmağa əsas verir”.
Bunu ER Baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşdə iştirakçılardan birinin sualını cavablandırarkən deyib.
“Ermənistan Gürcüstan üçün təhlükə deyil və heç vaxt olmamalıdır, Gürcüstan da Ermənistan üçün təhlükə deyil və olmamalıdır. Gürcüstanla birlik bizim üçün çox vacibdir. Biz Gürcüstanda yaşayan soydaşlarımızı ilk növbədə Gürcüstan vətəndaşı kimi Gürcüstan dövlətinin möhkəmlənməsinə töhfə verməyə çağırırıq ki, bu da əlaqələrimiz üçün yaxşı zəmin yaradır”,-deyə o qeyd etdi.