Vaşinqtonda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 8-də ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul ilə görüşüb.
Görüşdə Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilit Makunts da iştirak edib.
Görüş zamanı Ermənistan-Amerika müdafiə əməkdaşlığının bütün gündəliyi müzakirə edilib.
Tərəflər Azərbaycan-Ermənistan dövlət sərhədindəki durumu müzakirə ediblər. Onlar, həmçinin Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.