Sentyabrın 8-də Azərbaycan beş erməni hərbi əsiri Ermənistan tərəfinə təhvil verib.
Bu barədə ER Milli Təhlükəsizlik Xidməti məlumat yayıb və əsirlərin adlarını açıqlayıb.
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Gyumri;
- Gevorgyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Gyumri;
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Gyumri;
- Manukyan Varazdat Anuşavanoviç - 07.07.1990-cı il təvəllüdlü, Gyumri;
- Hovsepyan Edik Tigrani - 02.08.1999-cu il təvəllüdlü, Vanadzor.
"Biz bu hərəkəti münasibətlərin normallaşmasına töhfə verən addım kimi alqışlayırıq", - məlumatda deyilir.