İyulun 19-da Ermənistanın Qazaxıstandakı səfiri Armen Ğevondyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Görüşdə Ermənistan-Qazaxıstan siyasi dialoqunun daha da təşviqi, ticarət-iqtisadi əlaqələrin inkişafı, hüquqi müqavilə sahəsinin genişləndirilməsi və mədəniyyət layihələri ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.
Çoxtərəfli platformalar üzrə əməkdaşlığa, eləcə də Ermənistan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin siyahısına toxunulub.
Ayrı-ayrı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.