ER Baş naziri Nikol Paşinyan Suriya Ərəb Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nora Arisyanı qəbul edib.
Baş nazir səfir Arisyanı diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin inkişafı üçün səmərəli fəaliyyət arzulayıb.
“Ermənistan Suriya ilə əməkdaşlığı və tarixi əlaqələri yüksək qiymətləndirir. Biz hadisələrin gedişatını izləyirik və arzu edirik ki, dost Suriyamız bir gün əvvəl böhrandan çıxsın” – deyə Nikol Paşinyan bildirib.
Baş nazir 2019-cu ildə Suriyaya göndərilən humanitar minatəmizləmə, əhalinin minalara qarşı maarifləndirilməsi, tibbi xidmətlərin göstərilməsi işlərini həyata keçirən humanitar missiyaya toxunub.
Səfir Nora Arisyan Suriya hakimiyyəti adından ölkəyə göstərilən humanitar yardıma görə ER rəhbərliyinə minnətdarlığını bildirib və əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Həmsöhbətlər Ermənistan-Suriya əlaqələrinin möhkəmləndirilməsində Suriya-Ermənistan icmasının rolunu vurğulayıblar. Əməkdaşlığın gündəliyi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.