Iyulun 6-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.
O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan Vladimir Putini Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumatlandırıb.