İyulun 7-də Madriddə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UTT) baş katibi Zurab Pololikaşvili ilə görüşüb.
Həmsöhbətlər təşkilatın baş katibinin iyunun əvvəlində Yerevana səfəri çərçivəsində Ermənistan və BMT UTT arasında əməkdaşlığın genişləndirilməsinə, o cümlədən turizm sahəsində birgə təşəbbüslərin və inkişaf proqramlarının həyata keçirilməsinə yönəlmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistanda turizm sahəsində həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
ER XİN başçısı vurğulayıb ki, Ermənistan turizm sektoruna böyük əhəmiyyət verir.
Bununla bağlı nazir BMT-nin Ümumdünya Turizm Təşkilatının, xüsusilə innovasiyalar, investisiyaların cəlb edilməsi, kənd və ekoturizmin inkişafı istiqamətində Ermənistanın təşəbbüslərini dəstəklədiyini vurğulayıb.