2021-ci ildə BMT, AŞ, ATƏT-in müvafiq prosedurlarından istifadə etməklə Azərbaycanda qeyri-qanuni saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin azad buraxılması, yüksək rütbəli beynəlxalq məmurlara, dövlət başçılarına, müşavirlərə, hüquq müdafiə təşkilatlara, ekspertlərə problemin təqdim edilməsi istiqamətinə işlər davam etdirtilib.
Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentin xarici əlaqələr və maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyalarının birgə iclasında bildirib.
“Əsirlərin geri qaytarılması məsələsi ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində keçirilən görüşlərdə, həmsədrlərin bəyanatlarında, o cümlədən həmsədrlər adından yayılan 7 dekabr tarixli bəyanatında qaldırılıb”- deyə Mirzoyan bildirib.
O qeyd edib ki, Ermənistanın daimi nümayəndələri hər zaman bütün görüşlər, tədbirlər formatında məsələni qaldırıblar.
“Human Rights Watch təşkilatı Ermənistan və Dağlıq Qarabağa səfəri nəticəsində erməni əsirlərinə işgəncə verilməsi ilə bağlı aydın bəyanatlardan ibarət hesabat dərc edib və onları hərbi cinayət kimi qiymətləndirib”- deyə Mirzoyan bildirib.
Mirzoyan xatırladıb ki, mayın 20-də Avropa Parlamenti 607 deputatın səsi ilə erməni əsirlərin dərhal azad olunmasına və qaytarılmasına çağıran qətnamə qəbul edib.