ER Xarici İşlər Nazirliyinin ən mühüm prioriteti Ermənistanın və Artsaxın təhlükəsizliyinin təmin edilməsi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində və onun mandatı altında Dağlıq Qarabağın siyasi nizamlanmasıdır. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Parlamentin xarici əlaqələr, maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyalarının birgə iclasında bildirib.
Nazirin sözlərinə görə, xarici siyasət işinin mühüm istiqamətlərindən biri regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması olub.
Ararat Mirzoyan (Ermənistan Respublikasının XİN rəhbəri) - Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə və Ermənistan, AŞ, Azərbaycan liderlərinin dekabrın 15-də Brüsseldəki görüşlərin nəticəsində demir yolu nəqliyyatının bərpasına dair razılıq əldə edilib. Bu istiqamətdə işlər davam etdirilir.
Ümumi bir fikir var ki, bütün açılmış nəqliyyat infrastrukturu, avtomobil və dəmir yolları keçdikləri ölkələrin suverenliyi və qanunları çərçivəsində fəaliyyət göstərməlidir.