"Azərbaycan siyasi məhbuslara azadlıq" İttifaqı iyunun 6-da yeni siyahını dərc edib. Siyahıya 100 nəfər daxil olub.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov "siyasi məhbus" anlayışının AŞPA tərəfindən müəyyən edilmiş meyarları əsasında tərtib edib.
21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, prezidentin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbuslar sayəsində baş verib. Amma siyahıda yeni siyasi məhbusların - bloger Rəşad Ramazanov və "Müsəlman Birliyi" Hərəkatının üzvü Elşən Abbasovun adı var.
Siyasi məhbuslar 6 qrupa təsnif edilib. "Jurnalistlər və blogerlər" (4 nəfər), "Müxalif partiya və hərəkatların üzvləri" (9 nəfər), "Dindarlar" (19 nəfər), "Tərtər işi" (27 nəfər), "Gəncə işi" üzrə həbs edilənlər (27 nəfər).
"Ömürlük məhbuslar" qrupunda əvvəlki kimi 14 nəfər var.