Arstax Respublikasının Prezidenti Arayik Harutyunyan Askeran şəhərində Tumo qutusunun açılış mərasimində iştirak edib.Bu barədə Arstax Reüspublikasının Prezident Adminisrtasiyasından məlumat verilib.
Proqram sayəsində bu il Martakert və Martuni şəhərlərində belə qutular quraşdırılıb. Üç rayon mərkəzində açılan “Tumo” yaradıcı texnologiya mərkəzləri minə yaxın tələbə üçün nəzərdə tutulub.
Dövlət başçısı bu proqramın uşaqların müasir təhsilinin inkişafındakı rolunu yüksək qiymətləndirdi. Arayik Harutyunyan qeyd etdi ki, Hökumət Artsaxın digər böyük icmalarında “Tumo” qutularının yerləşdirilməsində maraqlıdır.
“Tumo” proqramının baş direktoru Mari Lou Papazyan öz çıxışında səmərəli əməkdaşlığa görə Artsax hakimiyyətinə təşəkkür etdi.