Ermənistan bütün Baltikyanı ölkələrlə tərəfdaşlığını ardıcıl olaraq genişləndirir. Bu barədə Ermənistan Respublikasının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi məlumat verib.
“Nazir Mirzoyanın Riqaya ilk səfərinin əsas diqqət mərkəzində Ermənistan-Latviya ikitərəfli münasibətlərinin inkişafı, Ermənistan-AB tərəfdaşlığının müxtəlif mövzuları, o cümlədən Ermənistanın iqtisadi və enerji dayanıqlığının davamlı şəkildə gücləndirilməsi istiqamətində işlər olacaq”,- məlumatda deyilir.