Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumunun (GIMF 2026) rəsmi və təntənəli açılış mərasimində iştirak edib.
“Forumu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıb.
Tədbirdə təxminən 40 ölkədən 400-dən çox nümayəndə iştirak edib.
Bu gün forum çərçivəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili ilə görüşdüm.
Görüş zamanı nəqliyyat və enerji sektorlarında ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etdik.
Aviasiya sektorunun inkişafı kontekstində hər ikimiz Ermənistan və Gürcüstan şəhərləri arasında yeni birbaşa hava əlaqəsi marşrutlarının açılmasının və uçuşların aktivləşdirilməsinin vacibliyini vurğuladıq.
Enerji sektorunda strateji əməkdaşlığın davam etdirilməsi məsələsinə də toxunuldu.
Həm iki ölkə kontekstində, həm də daha geniş regional kontekstdə yük daşımaları və logistika sahəsində mövcud problemləri və inkişaf perspektivlərini müzakirə etdik.
Nazir Mariam Kvrivişvili ilə qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə etdik”, - deyə nazirin Facebook paylaşımında bildirilir.