Hərbi əsirlərin qaytarılması mövzusu bizim gündəmimizdədir. Baş nazir Nikol Paşinyan bunu brifinq zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə görüşdə əsirlərin qaytarılması məsələsinin müzakirə olunub-olunmadığı sualına cavab olaraq bildirib.
"Təbii ki, əsirlər və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirənin bir hissəsi idi. Ətraflı məlumat verə bilmərəm. Niyə? Çünki əvvəllər demişdim ki, bu mövzuda təbliğat heç bir şəkildə faydalı ola bilməz", - deyə o bildirib.