Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin məqsədini açıqlayıb. O, bu barədə "The Washington Post" qəzetinə danışıb.
Onun sözlərinə görə, səfər xüsusi xidmət orqanları arasında əlaqələrlə bağlı olub. Kreml nümayəndəsi əlavə məlumat verməkdən imtina edib. Eyni zamanda, o, Putinlə Retkliff arasında Moskvada heç bir əlaqənin planlaşdırılmadığını qeyd edib.
Şotun sözlərinə görə, Retkliff Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşə bilərdi. İyun ayında açıqlandı ki, Xarici Kəşfiyyat Xidməti və MKİ-nin Ukrayna məsələsi ilə bağlı əlaqələr saxlayırlar.