Avqustun 25-də Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkini qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Səfir Kopırkin Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib və ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər.