ABŞ prezidenti Hörmüz boğazının tamamilə açıq olduğunu və son saatlarda rekord miqdarda neft keçdiyini açıqladı. Donald Trampın sözlərinə görə, digər ən ciddi nailiyyət İranın heç vaxt nüvə silahına sahib olmayacağıdır.
Tramp İran aktivlərinin dondurulmasının ləğvinə toxunaraq, bu vəsaitlərin ABŞ-dan ərzaq almaq üçün istifadə olunacağını qeyd etdi.
"Əgər Tehran memorandum üzrə öhdəliklərini yerinə yetirməsə və ya düzgün davranmasa, mən lazım olanı edəcəyəm", - deyə Ağ Ev rəhbəri xəbərdarlıq edib.