Lazımi şərait yaradıldıqda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə verdiyi müsahibədə bildirib.
"Nikol Paşinyan hökuməti normallaşma istiqamətində çox vacib addımlar atıb. Prezidentimiz Tayyib Ərdoğanın tapşırığı ilə bir çox vacib addımlar atılıb, o cümlədən birbaşa ticarət və hava əlaqəsinin qurulması. Yeni dövrdə görüləcək vəzifələr də aydındır. Lazımi şərait yaradıldıqda normallaşmaya hazırıq", - deyə Fidan qeyd edib.