ABŞ Hərbi Nazirliyi Ukrayna ilə bağlı sülh danışıqlarının Zelenskinin Rusiyaya ərazi güzəştlərindən imtina etməsi səbəbindən dayandırıldığını etiraf edib.
Sənəddə deyilir ki, Zelenski "Ukraynanın ərazini Rusiyaya verməyəcəyini təkrarlamağa davam edib".
Ötən həftə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynada atəşkəs və sülh danışıqlarının yalnız Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasından sonra mümkün olduğunu bildirib.
ABŞ Hərbi Nazirliyinin kəşfiyyat agentliyinin məlumatına görə, Rusiya silahlı qüvvələri Ukrayna ilə münaqişədə uğurlar qazanmağa davam edir, Ukrayna silahlı qüvvələri isə kadr çatışmazlığı ilə bağlı problemlər yaşayır.
Sənəddə deyilir: "Rusiya qüvvələri Ukraynada ümumi strateji təşəbbüsü qoruyub saxlayır".