Niderland Krallığının Ermənistan Respublikasındakı səfiri Marike Monroy-Vinter qurbanların xatirəsini yad etmək üçün Tsitsernakaberd Xatirə Kompleksini ziyarət edib.
“Bu gün, 24 apreldə, 1915-1917-ci illərdə ermənilərə qarşı törədilən kütləvi vəhşilikləri anırıq. Əcdadlarının əzablarına görə erməni xalqının kədərini səmimi qəlbdən bölüşürük. Bu faciənin bütün qurbanlarını və sağ qalanlarını yad etməkdə ermənilərə qoşuluruq”, - deyə səfir qeyd edib.