Bu gün parlamentdə keçirilən brifinq zamanı jurnalistlər Milli Məclisin sədri Alen Simonyandan Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı barədə soruşublar.
Simonyan telefon danışığının həmkarının ad günü münasibətilə baş tutduğunu izah edib.
"Deməliyəm ki, Federal Məclisin Federasiya Şurasının sədri ilə ən yaxşı və hörmətli münasibətlərim var. Biz həmişə açıq və birbaşa, qarşılıqlı hörmət məntiqi ilə danışırıq və əsas söhbət şəxsi idi. Telefon danışığı ad günü münasibətilə idi", - deyə Patlamentin sədri izah edib.
Simonyan həmçinin bir neçə gündən sonra İstanbula gedəcəyini bildirib və Matviyenkonun da orada olacağını güman edir.
"Güman edirəm ki, orada ünsiyyət quracağıq, söhbət rəsmi görüşdən getmir", - deyə o bildirib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstandakı həmkarları, parlament rəhbərləri ilə görüşəcək.