13 apreldə Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan Litva xarici işlər nazirinin müavini Audra Plepiteni qəbul edib. Bu barədə Parlament məlumat yayıb.
Parlamentın sədr müavini Ermənistan-Litva əməkdaşlığını, o cümlədən parlamentlərarası münasibətlər çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib.
Regional məsələlərə və təhlükəsizlik vəziyyətinə toxunulub. Bu kontekstdə Ruben Rubinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi barədə danışıb.
Ermənistan-Aİ münasibətlərinin gücləndirilməsi perspektivləri də müzakirə olunub.