Beynəlxalq səviyyədə tanınmış Fitch Ratings reytinq agentliyi Ermənistan Respublikasının uzunmüddətli xarici valyuta emitent reytinqini “BB-” səviyyəsində təsdiqləyərək “müsbət” proqnozu qoruyub saxlayıb. Bu barədə Ermənistan Respublikası Maliyyə Nazirliyi məlumat verib.
“Agentliyin qiymətləndirməsinə görə, Ermənistanın reytinqi ölkənin sabit makroiqtisadi siyasət çərçivəsini, yüksək iqtisadi artımı və adambaşına düşən gəlirdə davamlı artım tendensiyasını əks etdirir.
Fitch Ratings, Ermənistanın real ÜDM artımının 2026-cı ildə 5,2% təşkil edəcəyini proqnozlaşdırır ki, bu da “BB” reytinq qrupuna daxil olan ölkələr üçün proqnozlaşdırılan orta göstərici olan 2,9%-i xeyli üstələyəcək”, – deyə açıqlamada bildirilir.