ABŞ prezidenti Donald Tramp İranla sülh razılaşması pozularsa, hərbi əməliyyatların miqyasını genişləndirməklə hədələyib.
O, Truth Social sosial şəbəkəsində yazıb: "Əgər nədənsə bu (yəni razılaşma) reallaşmazsa, bu, ehtimal ki, mümkün deyil, zərbələrin intensivliyi görünməmiş səviyyəyə çatacaq".
Tramp əlavə edib ki, Tehranla razılaşmalar həyata keçirilənə qədər Amerika qoşunları, təyyarələri və gəmiləri regiondakı mövqelərində qalacaqlar.
Daha əvvəl tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Gələcək razılaşma bəzi məlumatlara görə, ABŞ-ın təsdiqlədiyi İranın on maddəlik planına əsaslana bilər.