ABŞ hərbi attaşesi polkovnik Metyu Krou Polkovnik Arman Mkrtçyana ABŞ-dakı ER hərbi attaşesi kimi nümunəvi və qüsursuz xidmətinə görə “Fəxri Legion” ordenini təqdim edib. Bu barədə Ermənistan Respublikasının ABŞ-dakı səfirliyi məlumat verib.
“Polkovnik Mkrtçyan vəzifəsində olduğu müddətdə əla planlaşdırma, əməkdaşlıq və ardıcıllıq sayəsində ABŞ və ER silahlı qüvvələri arasında yüksək səviyyəli əlaqələri və ölkələrimiz arasında dialoqu təmin edib. Polkovnik Mkrtçyanın səyləri Ermənistan-Amerika müdafiə münasibətlərinin dərinləşməsinə və silahlı qüvvələrimiz arasında təhlükəsizlik və təlim məsələləri üzrə əməkdaşlığın gücləndirilməsinə birbaşa töhfə verib.
Amerika Birləşmiş Ştatları polkovnik Mkrtçyana fədakar xidmətinə və liderliyinə görə minnətdarlığını bildirir”, – deyə bəyanatda bildirilir.