Dekabrın 24-də ER iqtisadiyyat naziri Gevorq Papoyan İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri Yoel Lyonu qəbul etdi. Görüşdə İsrail Dövlətinin fəxri konsulu Aşot Şahmuradyan da iştirak etdi. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.
Ermənistan və İsrail arasında iqtisadi əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması və birgə investisiya proqramlarının həyata keçirilməsi imkanları müzakirə edildi.
Kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlığa toxunuldu.