BMT İqtisadi və Sosial Şurasının dördüncü plenar iclasında Ermənistan 2026-cı il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib.
“Təşkilat Komitəsi Sülh Quruculuğu Komissiyasının prosedur qaydalarını və iş metodlarını hazırlayır, Komissiyanın gündəliyini təsdiq edir, səlahiyyətlərini həyata keçirmək və müvafiq təşkilati məsələləri həll etmək üçün iclaslar çağırır.
Ermənistan Komitənin inklüziv və davamlı sülhün təşviqi səylərinə fəal töhfə verməyə hazırdır".