Dekabrın 3-də Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ konqresmeni Rendi Fayn ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, həmsöhbətlər Ermənistan-ABŞ münasibətlərinin daha da dərinləşməsini, eləcə də parlament əməkdaşlığını müzakirə ediblər.
Görüşdə son regional hadisələr, strateji əməkdaşlığın dərinləşməsi, eləcə də ikitərəfli tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.