ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Ermənistana səfər edib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Səfir Kuinn ABŞ prezidentinin regional sülh və təhlükəsizliyə dair baxışını irəli sürmək üçün Yerevana gələn ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri salamladı.
O, baş nazir Paşinyan, xarici işlər naziri Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Qriqoryan və xüsusi nümayəndə Rubinyanla görüşəcək.
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi və Ermənistan-Amerika memorandumları çərçivəsində Ermənistan-Amerika strateji tərəfdaşlığının gücləndirilməsi üzrə gələcək addımlar müzakirə olunacaq”, - məlumatda deyilir.