Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Frank Hess və həmin idarənin nümayəndəsi Sonia Lopezi qəbul edib. Bu barədə nazirlik məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında infrastrukturun inkişafı proqramları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər ölkənin nəqliyyat əlaqələrinin inkişafı və artan nəqliyyat axınına xidmət baxımından strateji əhəmiyyət kəsb edən Şimal-Cənub Yol Dəhlizinin Sisian-Kacaran hissəsinin, Kacaran tunelinin və Gümri dolama yolunun tikinti işləri də daxil olmaqla bir sıra prioritet yol tikintisi proqramlarına toxunublar.
Hər iki tərəf qeyd olunan proqramların həyata keçirilməsinin Ermənistanın nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, iqtisadi inkişafına və regional kommunikasiyaların genişlənməsinə töhfə verəcəyini vurğulayıb.