Oktyabrın 20-də Lüksemburqda ER xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Ermənistan-Aİ tərəfdaşlığının yeni gündəliyinin yekunlaşdırılması və təsdiqi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə ER XİN məlumat yayıb.
Hər iki tərəf iqtisadi və nəqliyyat əlaqələrinin təşviqində qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar ki, buna da Ermənistan və Azərbaycan arasında yaradılmış sülh və avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalar böyük kömək edə bilər.
Ararat Mirzoyan və Kaya Kalas mövcud hibrid təhlükələrin aradan qaldırılması mexanizmləri haqqında fikir mübadiləsi aparıblar.