Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Rəhbərlər Şuralarının Vaşinqtonda işə başlayan illik iclaslarında iştirak edib.
Bir sıra ikitərəfli görüşlər çərçivəsində ER Maliyyə Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri BVF-nin yüksək rütbəli rəsmiləri ilə məhsuldar və konstruktiv dialoqlar aparıb, xüsusilə Ermənistanın makroiqtisadi vəziyyəti, fiskal siyasət, sektorda baş verən son hadisələr və proqnozlar ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşlər zamanı tərəflər tərəfdaşlıq əlaqələrini davam etdirməyə və gücləndirməyə, o cümlədən yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını genişləndirməyə hazır olduqlarını təsdiqləyiblər.