Ermənistanın baş naziri Nikol Paşinyan Belçikadan Tacikistana (Düşənbə) gedəcək.
e-gov.am saytında yerləşdirilən qərara əsasən, baş nazir oktyabrın 9-10-da orada olacaq.
Xatırladaq ki, Nikol Paşinyan “Qlobal Gateway” ikinci beynəlxalq konfransında iştirak etmək üçün dünən Brüsselə işgüzar səfərə gedib. Səfər çərçivəsində xarici tərəfdaşlarla görüşlər də nəzərdə tutulub.