Türkiyə Milli Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya davam edən hücumlarına qarşı təcili tədbirlər görməyə və BMT-də ifadə olunan iradəni konkret addımlara çevirməyə çağırıb.
Digər məsələlərlə yanaşı, Ermənistanla münasibətlərin normallaşması prosesi də müzakirə olunub.
“Azərbaycanla Naxicevan arasında maneəsiz əlaqəni təmin edəcək və regionun bütün ölkələrinin maraqlarından, eləcə də yekun sülhün bərqərar olması istəyimizdən irəli gələn nəticələr verəcək nəqliyyat kommunikasiyasının əhəmiyyəti qeyd edilib”, - deyə bəyanatda vurğulanıb.