ER xarici işlər naziri Ararat Mirzoyan Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Hamud Əl-Busaidi ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Oman arasında siyasi dialoqun dinamik inkişafından məmnunluq ifadə ediblər və konkret sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müzakirə ediblər.
Görüşdə Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən son hadisələrə toxunulub.
Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında yaradılmış sülh şəraitində Ermənistan Respublikası kommunikasiya şəbəkəsinin genişləndirilməsi, o cümlədən TRİPP-in həyata keçirilməsi yolu ilə fəal əməkdaşlığa böyük əhəmiyyət verir.