BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
2018-ci il avqustun 8-də keçirilən Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəminin irəliləməsi üçün mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.