Baş nazir Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə avqustun 30-dan sentyabrın 3-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində Baş nazir ŞƏT-in Zirvə toplantısının ŞƏT+ formatlı iclasında və onun çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən Çin Xalq Respublikasının sədri Si Cinpin və vitse-prezident Han Zheng ilə nəzərdə tutulub.
Səfər çərçivəsində baş nazir xarici ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.