İslandiya da Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır.
İslandiya Xarici İşlər Nazirliyinin X mikrobloqunda deyilir: "Bu, onilliklər boyu davam edən münaqişələrə son qoymağı hədəfləyən mühüm addımdır. Biz Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi üçün göstərdiyi bu tarixi səyə görə hər iki ölkəni və ABŞ-ı salamlayırıq".