• Հայ
  • Eng
  • РУС
  • Az
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
Ümid edirəm ki, bugünkü danışıqlar nəticəsində konkret məsələləri həll edə biləcəyik։ Paşinyan Mişustinlə görüşüb Ümid edirəm ki, bugünkü... 16:30
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Xarici İşlər Nazirliyi paraflanmış sülh sazişinin mətnini dərc edib
Siyasət
17:0311 Avq, 2025

Xarici İşlər Nazirliyi paraflanmış sülh sazişinin mətnini dərc edib

ER Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” sazişin mətnini dərc edib.

"Ermənistan Respublikası və Azərbaycan Respublikası (bundan sonra Tərəflər),

Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq,

Bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq,

BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,

Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək,

Aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər:

Maddə I

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;

Maddə II

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Maddə III

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Maddə IV

Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.

Maddə V

Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Maddə VI

Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Maddə VII

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Maddə VIII

Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Maddə IX

Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.

Maddə X

Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.

Maddə XI

Hazırkı Saziş Tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT üzvdövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir. Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.

Maddə XII

Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər; Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.

Maddə XIII

Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.

Maddə XIV

Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Maddə XV

XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar; Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.

Maddə XVI

Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.

Maddə XVII

Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir”.

 

 

Baxışların sayı2975
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Hayk Koncoryan Parlamentin sədr müavini seçildi 17:1504 Avq, 2026
  • Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına töhfə verəcək: Mirziyoyev Paşinyana 15:1104 Avq, 2026
  • Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş gözlənilir: Bayramov 15:0304 Avq, 2026
  • Yenidən təyinat ictimaiyyətin Sizin siyasi kursunuza dəstəyinin göstəricisidir: Rəhmondan Paşinyana 14:5104 Avq, 2026
  • Sisian şəhərindən 23 km cənub-qərbdə zəlzələ baş verib 12:2204 Avq, 2026
  • Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi 11 noyabr sessiyasında müzakirə oluna bilər: Vasilyev 11:1904 Avq, 2026
  • Hökumətin yeni tərkibi məlumdur 17:1203 Avq, 2026
  • Əsirlərin və saxlanılan şəxslərin qaytarılması məsələsi gündəlik işin bir hissəsidir: Rubinyan 16:2103 Avq, 2026
  • Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov təyin ediləcək: KİV 15:3303 Avq, 2026
  • Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi 14:3203 Avq, 2026
  • Trampdan İranla danışıqlara peşəkar diplomatları cəlb etmək tələb olunub 12:1103 Avq, 2026
  • Tramp İranla yeni danışıqların mümkün olduğunu deyir 09:1003 Avq, 2026
  • Yəmən Bab əl-Məndəb boğazınıdan keçidin pulsuz olduğunu bildirir 12:5901 Avq, 2026
  • Finlandiya Avropanı İspaniya ilə Şengen sazişinin dayandırılmasını dəstəkləməyə çağırır 17:3531 İyl, 2026
  • Sinqapur Baş naziri Nikol Paşinyanı Ermənistandakı seçki qələbəsi münasibətilə təbrik edib 14:1631 İyl, 2026
  • Ermənistan-Hindistan əməkdaşlığının yüksək texnologiyalar sahəsində gedişi və perspektivləri müzakirə edildi 12:4731 İyl, 2026
  • Mnatsakan Safaryan və Portuqaliyanın yeni təyin olunmuş səfiri ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etdilər 12:3831 İyl, 2026
  • ABŞ Dövlət Departamenti Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına qarşıdır: Fox News 12:3031 İyl, 2026
  • Yüksək Texnologiyalar Sənayesi Nazirliyində Ermənistan-İsveç əməkdaşlığının yüksək texnologiyalar sahəsində inkişaf etdirilməsi imkanları müzakirə olunub 16:1130 İyl, 2026
  • Ümid edirəm ki, regionda ən qısa zamanda sabitlik bərqərar olacaq: Paşinyan TRIPP-in tətbiqi barədə 14:3130 İyl, 2026
  • Aİİ faktiki olaraq iflic vəziyyətindədir: Nikol Paşinyan 14:2130 İyl, 2026
  • Türkiyə ilə münasibətlər üzrə iş formatı müzakirə olunur: Paşinyan 13:1230 İyl, 2026
  • Turizm baxımından rekord bir orbitdəyik: Paşinyan 11:4330 İyl, 2026
  • 2026-cı ilin iyun ayında iqtisadi aktivlik göstıricisi 2025-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz artıb: Paşinyan 11:4030 İyl, 2026
  • Erməni şahmatçısı Alen Poğosyan 40e Open International d'Avoine turnirində 2-ci yeri tutdu 10:4430 İyl, 2026
  • ABŞ İrana hücumları bərpa edib 09:2230 İyl, 2026
  • Ermənistan 2027-ci il UNESCO-nun Ümumdünya İrs Komitəsinin sədr müavini seçilib 17:0629 İyl, 2026
  • Əgər bu məsələ tez bir zamanda həll olunmazsa, proqnozlaşdırım ki, bu, AİB-nin sonunun başlanğıcı olacaq: Paşinyan 16:2829 İyl, 2026
  • Üç günlük sakitlikdən sonra ABŞ və İran yenidən zərbələr endiriblər։ BBC 15:4929 İyl, 2026
  • Ermənistan və İran enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edirlər: Xudatyan 15:2329 İyl, 2026
  • Azərbaycan dəmir yolu əməliyyatlarını dəstəkləmək üçün Ukraynaya təxminən 40 tona yaxın avadanlıq bağışlayıb 13:2129 İyl, 2026
  • Kaya Kalas və Abbas Araqçi arasında telefon danışığı olub 11:5829 İyl, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015