ER Parlamentinin spikeri Alen Simonyan fevralın 2-də İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolamini qəbul edib.
Parlamentin rəhbəri səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.